Saturday, December 6, 2008

Promotion Strategy



Promotion Strategiyasında əsas qarşıya qoyulan məsələlər bunlardır:

 Reklam - - - özündə maliyyələşmə mənbəyini dəqiq əks etdirən və pullu KİV (kütləvi informasiya vasitələri) vasitəsilə yayımlanan qeyri-şəxsi kommunikasiya vasitəsidir. Qeyri-şəxsi informasiya vasitəsi dedikdə yəni istehsalçı öz əmtəə və xidmətlərini vasitəçi həlqələr vasitəsilə təqdim edir məsələn KİV (kütləvi informasiya vasitələri) buna misal ola bilər. Reklam əmtəə və xidmətlərə olan tələbi stimullaşdıran əsas amillərdən biri kimi çıxış edir
o Reklamın əsas məsələlərinin və məqsədinin müəyyənləşdirilməsi – yəni reklam bizə nə üçün lazım olacaq və ya ümumiyyətlə bizim istehsal etdiyimiz məhsulun reklama nə dərəcədə ehtiyacı var? Məhsulun istehsal təyinatından aslı olaraq onun reklamının əsas hipotezləri əvvəlcədən sağlam düşüncə ilə işlənib-hazırlanmalıdır. 
o Reklam Büdcəsinin işlənilib-hazırlanması- reklamın növündən və reklam vasitələrindən asılı olaraq reklama sərf olunan məsrəflər də müxtəlif olur. 
 KİV vasitəsilə 
 Jurnal, qəzet 

 Reklam müraciəti - - - düzgün reklam müraciətinin seçilməsi üçün ilk növbədə reklamın növlərini və reklam vasitələrinin təsnifatıı düzgün ayırd etmək lazımdır. 

 Reklamın yayılma vasitələri - düzgün reklam müraciətinin seçilməsi üçün ilk növbədə reklamın növlərini və reklam vasitələrinin təsnifatıı düzgün ayırd etmək lazımdır. Belə ki reklam vasitələri reklamın hansı yolla çatdırılmasıdır. Lakin bəzən hansı yolla çatdırılmanı nə ilə catdırılma ilə eyniləşdirirlər. Reklam vasitələri Reklamın daşıyıcısı kimi çıxış etdiyi halda Reklamın daşıyıcısı Reklam vasitəsi kimi çıxış edə bilməz. Məs: a)Biz jurnal vasitəsilə reklam veririk amma jurnal reklam vasitəsi deyil. Burada jurnal verdiyimiz elanın daşıyıcısı olduğu halda ELAN da reklam vasitəsi sayılır. b)Vizual reklam verərkən CİTY-LİGHT BOARDlardan istifadə edirik. Bu zaman reklamın vasitəsi reklam daşıyıcısı kimi şıxış edir.Yəni reklamın yayılma vasitələrini belə sıralamaq olar. 

• Reklam daşıyıcıları - - - JURNAL
• Reklam vasitələri - - - ELAN + ŞƏKİL
• Reklamın tipi - - - MƏQSƏD NÖQTEYİ NƏZƏRINDƏN + ALICILARA TƏSIR ETMƏ TƏRZINƏ GÖRƏ
• Reklamın tərkibi - - - MƏHSUL VƏ FİRMA HAQQINDA MÜSBƏT FİKİR VƏ YA YÜKSƏK İMİC YARATMAQ MƏQSƏDİLƏ + ISTEHLAKÇILARA DAHA AYDIN ŞƏKILDƏ ARQUMENTLƏR (SÜBUTLAR) GƏTIRMƏKLƏ (ŞƏKIL, CERTYOJ VƏ S KIMI)
• Reklam növləri - - - İMİC REKLAM + RASİONAL

 Satışnı Stimullaşdırılması - - - yəni satişin stimullaşdirilmasi məqsədilə həyəta keçirilən bütün tədbirlər kompleksi nəzərdə tutulur
o Endirimlər – 10%-60%-ə dək
o Kreditlər – güzəştli kreditlərş məs 10%-lə
o Pulsuz nümunələr – məsələn Explorer jurnalının hələ 3cü sayı çıxsa da BABA ƏLİYEV jurnalın pulsuz nümunələrini insanlara verir. 
o Bonuslar - əlavə bonus və ya digər artırmalar. Məsələn NAR mobile pulsuz dəqiqələr
 Pr (ictimaiyyətlə əlaqə) - - - Əsas məqsəd firma haqqında düzgün və xeyirxah fikir formalaşdırmaqdır. Bu sədəcə olaraq istehlakçıların rəylərini, reaksiyalarını öyrənməklə və insanlarda müəyyən cür təəssüratlar yaratmaqla məhdudlaşmır. Eyni zamanda dövlət orqanları ilə çalışmalar və müəyyən hesabatların verilməsi də bura aid edilirş Belə ki, statistika komitəsinə müəyyən hsabatların verilməsi də müəssisə üçün faydalı ola bilər. Bu faydalar haqqında cox danışmaq olar lakin bir misalla bunu göstərmək istəyirəm. Dövlət həmin müəssisənin fəaliyyətinin sosial etik qaydalara riayət etmısinə görə ona müəyyən vergi güzəştləri (tax benefits) və ya dotasiyalar ayıra bilər.
 Şəxsı Satış - - - yəni birbaşa və vasitəçilərsiz satış 0 səviyyəli kanal

Thursday, December 4, 2008

Market Entry Strategy (Bazara Giriş Strategiyası)

Birinci daxil olma Strategiyası (First in Strategy) >>> bazara hamıdan əvvəl daxil olmaq. Bu zaman kompaniya bazarda real liderə çevrilir və bu liderliyi qoruyub saxlamaq kompaniyanin Marketing Strategiyasından asılıdır. Burada götürülən əsas tələblər: 
o Riski almaq qabiliyyəti və buna hazırlıq
o Texnoloji səriştə
o İrəlidə olmağa çalışmaq
o Geniş irəlilətmə
o İlkin tələbin yaradılması
o Dəqiq qiymətləndirmə qüvvələri

Bazara tez daxil olma Strategiyası (Early Entry Strategy) >>> bazar liderindən sonra bazara daxil olmaq. Bazarda lider olmasanız da, müəyyən bir bazar ayına sahib ola bilərsiniz. Burada götürülən əsas tələblər: 
o Üstün Marketing Strategiyası
o Bol resurslara malik olmaq

o Bazar liderini duelə çağıracaq dərəcədə öhdəliklərə malik olma (yəni bazar yükünü daşıya bilməə qabiliyyəti)

 Bazara “tənbəlcəsinə” daxil olma Strategiyası (Laggard Entry Strategy) >>> artıq bazarda məhsulların yetişkən yəni məhsulun həyat dövranın 3 cü mərhələsində daxil olma. Bu zaman bazara 2 cür daxil olmaq mümkündür

1. İmitasiya (Təqlid) yolu ilə > bazara “məndə də var” süarı ilə məhsul çıxartmaq. Yəni artıq bazarda analoji məhsul analoji keyfiyyətdə və cüzi fərqlənən qiymətlərlə təklif olunur. Burada götürülən əsas tələblər:
o Bazarı Tədqiq etmə bacarığı
o İstehsal imkanları
2. Təşəbüskarlıqla > Yəni bazara qeyri-ənənəvi məhsul çıxarmaqla. Burada götürülən əsas tələblər: 
o Bazarı Tədqiq etmə bacarığı
o Yaradıcı Marketing Strategiya yaratmaq bacarığı

Business-analyze

---Biznez- təhlil – BT Marketing Planning-in ən birinci mərhələsidir və 3 istiqamətdə müəyyənləşdirilir
1. Fəaliyyət sferası
  a. Firmanın Zəif və Güclü cəhətləri
  b. Art Skills (Açar səriştələr)
  c. Marketing imkanları 
  d. Alternativ imkanlarım təhlilivə yenidən işlənməsi
  e. İmkanların təhlili
2. Əmtəə və bzarın təhlili
  a. Əmtəənin təhlili
  b. Bazarın təhlili
  c. Əmtəə və kompaniyanin ümumi satış həcmi
  d. İstehlakçı davranışının dəyişilməsi meylləri
  e. Qiymətqoyma
  f. Bölgü kanalları
  g. Rəqiblərin icmalı

3. Məqsədli bazarın hərəkətverici qüvvələri
  a. Məqsədli bazar (istehlak və sənaye)
  b. İstehlakçılardan xəbərdar olma 
  c. İstehlakçıların əmtəəyə olan münaibəti
  d. Sınaq alışları
  e. Təkrar alış

Marketing Strategiyasi

Kompaniyanın işlərinin yaxşı getdiyi halda bizə Marketing Strategiyası lazımdırmı? Ola bilsin ki, hal-hazırada satış həcmi sizi tamamilə qane edir. Hətta bu cür göstətəricilərlə bazarda qeyri-müəyyən bir müddət fəaliyyət göstərmək olar. Bazardakı vəziyyət stabil deyil və rəqiblərin fəaliyyəti sizin bazardakı mövqeyinizə mənfi təsir göstərə bilər və hətta siz sonda bazarı tərk etmək məcburiyyətində qala bilərsiniz. Buna görə də, sizə yerində fəaliyyət göstərmək və güclü Marketing Strategiyası lazımdır. Marketing Strategiyası – sabah sizin daha güclü olduğunuz zaman sizə lazım olan bir şey deyil, o artıq bugün sizə lazım olandır. Marketing Strategiyası – qısa və ortamüddətli dövrdə qarşıya qoyulmuş məsələlərin daha effektiv həyata keçirilməsi məqsədilə strateji qərarların işlənib-hazırlanmasıdır. Marketing Strategiyasının işlənib-hazırlanması aparılan Marketing tədbirlərinin effektivliyini təmin etmək məqsədi daşıyır. İstehlak bazarları üçün Marketing Strategiyasını işləyib-hazırlayan və reallaşdıran zaman istənilən kompaniya çeviklik, meydana cıxan ödənilməmiş tələbatları görmək, bazarda yuva salmaq və digər Marketing metodları vasitəsilə bazar konyuktarısını təhlil etməlidir. Əksər strateji qərarlar Marketing sferasında tətbiq olunur. Bu əsasən:
• Yeni biznes qurularkən
• Udma və birləşmə (əməkdaşlıq)
• Yeni bazar yuvalarının mənimsənilməsi zamanı
• Diler-bölgü siyasəti
• Məhsul xəttini genişləndirən və daraldan zaman
• Təchizatçıları və əməkdaşları seçərkən

Strategiya – hal-hazırda başlıca və qeyri-müəyyən olan mürəkkəb məqsədlərə çatmaq üsuludur. Strategiya əsas məqsədə çatmaqda mövcud resurslardan səmərəli istifadə edilməsini təmin edir. 
Taktika - strategiyanın həyata keşirilməsi alətidir və strategiyanın əsas məqsədinə bağlıdır. 
Strategiya – Marketing Planlaşdırma aləti olmaqla, firmanın istehsal, maliyyə və tədqiqat xidmətlərinin fəaliyyətini müəyyənləşdirir. 

Marketing Strategiyası qurarkən ilk növbədə bunları təhlili etmək lazımdır:
• Müəssisənin güclü və zəif cəhətlərinin təhili (SWOT analyse)
• Bazar imkanlarının təhili
• Sahəvi təhlil
• Bazar potensialının təhili
• Rəqiblərin təhlili
• Müştərilər və əməkdaşlarla qarşılıqlı münasibətlərin təhili
• Marketing mühitin auditi
• Məhsul siyasətinin təhlili
• Marketing Planın hazırlanması (MP-nın bütün 10 mərhələsi üzrə)
• Marketing tədbirlərinin monitorinqi və nəzarəti

Məhsulun irəlilədilməsinə kömək məqsədilə
• əmtəə axınlarının təhlili
• bölgü-satış kanallarını təhlili
• tələbin stimullaşdırılması metodları
• sərgilərin keçirilməsi üzrə məsləhətlər
• nümayişlər təşkili
• effektiv reklam siyasətinin işlənib-hazırlanması
 
Bazarın seqmentləşdirilməsi və Mövqeyləşdirmə
• bazarın Coğrafi, Demoqrafik, Psixoqrafik və Davranış prinisipləri əsasında seqmentləşdirilməsi
• rəqiblərin mövqeyinin təhlili
• daha cəlbedici seqmentlərin müəyyən edilməsi
• bazarı ələ keçirmək üçün Marketing Strategiyası

Əmtəəyə qiymətqoyma 
• bazar şərtləri altında optimal qiymətqoyma siyasətinin aparılması 
• rəqiblərin qiymətlərinin təhlili
• daha effektiv endirim siyasətinin işlənib-hazırlanması

İstehlakçı üstünlükverimlərinin təhlili 
• əsas istehlakçı qruplarının müəyyənləşdirilməsi 
• alışların tezliyi və təkrarlığı
• ayrı-ayrı istehlakçı qruplarının ödəmə qabiliyyətlərini təhlili
• məhsulun ayrı-ayrı xarakteristikalarının alış qərarlarına təsiri

Beynəlxalq Marketing 
• xarici bazarların təhlili 
• xarici bazarlara çıxmağın məqsədəuyğunluğu

Marketing bölməsinin fəaliyyətinin effektivliyinin qiymətləndirilməsi

Marketing bölməsinin əməkdaşları üçün treninqlərin təşkili

Effektiv Marketing Tədqiqatlarınin aparılması

Marketing

Ilk olaraq biz Marketingin nə olduğunu anlamalıyıq !